image-skott-bessentbackend

Bessent: Süni intellekt kiçik bizneslərə böyük şirkətlərlə rəqabət aparmağa imkan verəcək

ABŞ-ın maliyyə naziri Skott Bessent hesab edir ki, süni intellekt (AI) texnologiyası ictimaiyyətə düzgün izah edilməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, o, insanların hər gün istifadə etdiyi bir çox texnologiya artıq süni intellektdən yararlanır.

“Google-da axtarış edəndə bu, AI-dir. Orfoqrafiya yoxlamasından istifadə edəndə də bu, AI-dir”, – deyə Bessent bildirib.

Nazirin sözlərinə görə, süni intellekt sürətlə inkişaf edir və gələcəkdə insanlara daha çox imkan yaradacaq.

Bessent optimist yanaşmanın tərəfdarı olduğunu qeyd edərək bildirib ki, AI kiçik bizneslərə böyük şirkətlərlə daha effektiv rəqabət aparmağa şərait yaradacaq.

Onun sözlərinə görə, əvvəllər 10 nəfərin gördüyü işi gələcəkdə 1-2 nəfərlə həyata keçirmək mümkün olacaq. Bessent əlavə edib ki, indiyədək süni intellekt səbəbindən iş yerlərinin itirilməsi ilə bağlı hər hansı fakt müşahidə edilməyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki