ABŞ senatoru Berni Sanders İsrailin Qəzzadakı hərbi əməliyyatlarını sərt tənqid edib və Baş nazir Benyamin Netanyahunun hökumətinə ABŞ-dan maliyyə dəstəyinin dayandırılmasına çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Sanders bildirib ki, İsrail terror hücumuna cavab vermək hüququna malik idi, lakin onun sözlərinə görə, bu, Fələstin xalqına qarşı genişmiqyaslı müharibə aparmaq hüququ vermirdi.
Senator iddia edib ki, İsrailin hərbi əməliyyatları nəticəsində 73 mindən çox fələstinli, əsasən qadınlar, uşaqlar və yaşlılar həlak olub, 173 mindən çox insan yaralanıb. O, həmçinin Qəzzada məktəblərin, səhiyyə müəssisələrinin və su infrastrukturunun böyük hissəsinin məhv edildiyini bildirib.
“Başqa sözlə, İsrailin Qəzza xalqına qarşı soyqırımı törətmək hüququ yox idi”, – deyə Sanders vurğulayıb.
ABŞ senatoru əlavə edib ki, “İsraildəki Netanyahu hökuməti ABŞ vergi ödəyicilərinin vəsaitindən bir sent də artıq almamalıdır.”
Rauf
























