ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Əfqanıstandakı vəziyyətin ən ağır dövrlərində bu ölkəni tərk edən son dövlətlərdən biri Azərbaycan olub. Onun sözlərinə görə, bu addım Azərbaycanın məsuliyyətli və prinsipial mövqeyinin göstəricisidir.
İNFOAZ.MEDİA xəbər verir ki, “Bəlkə də çoxları bunu bilmir, amma Əfqanıstandakı vəziyyətin ən çətin mərhələsində oranı tərk edən son ölkələrdən biri Azərbaycan oldu. Buna görə də biz Sizə təşəkkür edirik, cənab Prezident”, – deyə ABŞ vitse-prezidenti vurğulayıb.
Vens qeyd edib ki, Azərbaycan beynəlxalq missiyalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri sona qədər yerinə yetirən etibarlı tərəfdaş kimi tanınır.
Rauf
Bu gönderiyi Instagram’da gör
























