image-qazzz-3backend

Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

“Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 29.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq”, – məlumatda qeyd olunur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki