image-untitled-1backend

“Bakcell”-dən ŞİKAYƏT: 1.9 GB internet paketi silindi – FOTO

“Bakcell”dən şikayətlər gəlməyə davam edir.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə redaksiyamıza şikayət daxil olub:

“Uzun illərdir ki, Bakcell mobil operatorunun xidmətlərindən istifadə edirəm. Bir müddət internet üçün başqa operatordan yararlansam da, sonradan yenidən Bakcell-ə qayıtmaq qərarına gəldim. Sərfəli olduğu üçün 17.99 AZN-lik paketi seçdim. Bu paketə 10 GB internet, 600 dəqiqə danışıq və 300 SMS daxildir.

Bu gün səhər internetə daxil ola bilmədiyimi gördüm. Telefonu söndürüb-yandırsam da, problem həll olunmadı. Daha sonra Bakcell-in müştəri xidmətlərinə zəng etdim. Ceyhun adlı operator bildirdi ki, internet paketim bitib. Hətta dedi ki, guya 16 GB internet istifadə etmişəm və 2000 dəfədən çox internetə daxil olub-çıxmışam. Bu, mənə olduqca qəribə və inandırıcı görünmədi.

Zəngi bitirdikdən sonra telefonun öz “Data istifadəsi” bölməsinə baxdım. Orada göstərilirdi ki, yanvarın 9-dan bu günə qədər cəmi 8.11 GB internet istifadə etmişəm. Yenidən Bakcell-ə zəng edib bunu operatora bildirdim və soruşdum ki, 10 GB-lıq paket necə bitə bilər? Operator isə dedi ki, ekran görüntüsü (screenshot) edib onlara göndərim, araşdırma aparsınlar.

Bildirdim ki, internetim olmadığı üçün Bakcell tətbiqində onlayn çat vasitəsilə yaza bilmirəm. Operator isə cavab verdi ki, 1 AZN-lik internet paketi alım və həmin çat vasitəsilə müraciət edim. Yəni internetim olmadığı halda problemi bildirmək üçün yenidən internet paketi almalıyam.

Açığı, bu vəziyyət qarşısında söz tapmaq çətindir. Alternativ operator seçimi də məhdud olduğuna görə belə hallarla üzləşirik.”

Rauf

image-623287290_24998143019859511_1928302468864712019_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki