image-resize-2026-06-30t095733-212-750x403backend

Azərbaycan bu il Avroviziyada yarışmayacaq

Azərbaycan bu il keçiriləcək “Uşaq Avroviziya 2026” mahnı müsabiqəsində təmsil olunmayacaq.

Bu barədə İctimai Televiziya “ESCplus” nəşrinin sorğusuna cavab olaraq məlumat verib.

Oktyabrın 24-də Maltanın Ta Qali şəhərində keçiriləcək müsabiqəyə iştirakçı göndərilməyəcək.

Xatırladaq ki, ötən il Azərbaycanı yarışmada Yağmur “Miau Miau” mahnısı ilə təmsil etmişdi. O, finalda topladığı 66 xalla 15-ci pillədə qərarlaşmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki