image-ap250357858826359backend

Axios: Respublikaçılar arasında İsrailə dəstək zəifləməyə başlayır

ABŞ-da Respublikaçılar Partiyası daxilində İsrailə münasibətdə dəyişiklik əlamətlərinin müşahidə olunduğu bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, Axios-un yaydığı məlumata görə, uzun illər Respublikaçılar Partiyasının güclü dəstəyini alan İsrailə münasibətdə son dövrlərdə daha tənqidi yanaşmalar formalaşmağa başlayıb.

Məlumatda qeyd olunur ki, Qəzzadakı müharibə və İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlərin gərginləşməsi xüsusilə gənc respublikaçılar və “America First” tərəfdarları arasında skeptik yanaşmaları artırıb.

Sorğuların nəticələrinə əsasən, partiya daxilində İsrailə dəstək səviyyəsində azalma müşahidə olunur. Bununla belə, Respublikaçılar Partiyasının əksər rəhbərliyi və evangelist seçicilər İsrailə dəstəyi davam etdirir.

Məqalədə vurğulanır ki, bu tendensiya davam edərsə, İsrail ABŞ-da ən etibarlı siyasi dəstək mənbələrindən birinin zəifləməsi ilə üzləşə bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki