image-5902100395985669682backend

Apple Rusiyanın ən böyük sosial şəbəkə platforması VK-nı App Store-dan çıxardı

Apple sanksiya tələblərinə uyğunluq səbəbi ilə Rusiyanın ən böyük sosial şəbəkə platformalarından biri olan VK və daha 15 tətbiqi App Store platformasından silib.

İNFOAZ.MEDİA xəbər verir ki, VK şirkəti qərarla bağlı əvvəlcədən heç bir xəbərdarlıq almadığını bildirib və özünün sanksiya altında olmadığını iddia edib. Şirkət həmçinin tətbiqlərin mağazadan çıxarılması qərarına etiraz edib.

Məsələ ilə bağlı açıqlama verən Dmitri Peskov qərarı tənqid edib və istifadəçilərə alternativ olaraq Android əməliyyat sisteminə keçməyi tövsiyə edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki