image-wr-960-3backend

Almaniya imtina etdi: Kiyevə bu silahlar verilməyəcək

Almaniya Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin verilməsindən yenidən imtina edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius mətbuat konfransında bildirib ki, Berlinin bu məsələ ilə bağlı mövqeyi dəyişməyib. Onun sözlərinə görə, Ukraynaya sözügedən raketlərin tədarükü gündəmdə deyil.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski uzun müddətdir Almaniyadan “Taurus” raketləri tələb edirdi. Lakin Almaniya hökuməti bu istəyi qəbul etməyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki