Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Federal Konstitusiyanın Mühafizəsi İdarəsini (BfV) daha operativ fəaliyyət göstərən kəşfiyyat xidmətinə çevirməyi planlaşdırır.
İNFOAZ.MEDİA xəbər verir ki, təklif olunan islahat çərçivəsində BfV-yə terror, sabotaj və xarici casusluq fəaliyyətlərinin qarşısını almaq üçün daha geniş səlahiyyətlər veriləcək. Bunlara kibermüdaxilələr, elektron cihazlara gizli giriş, məlumatların dəyişdirilməsi və süni intellektdən istifadə etməklə böyük həcmdə məlumatların təhlili daxildir.
İslahat həmçinin kəşfiyyat xidmətlərinin kadr və texniki imkanlarının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Layihənin bu həftə Almaniya Nazirlər Kabinetində müzakirəyə çıxarılması gözlənilir.
Jalə
























