Avropa İttifaqı Ukraynanın 6 milyard avroluq müdafiə paketinin bir hissəsindən Çin istehsalı olan dron komponentlərinin alınması üçün istifadə etməsini təsdiqləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu qərar Avropa istehsalçılarının artan tələbatı tam qarşılaya bilməməsi səbəbindən qəbul edilib.
Qərar eyni zamanda Avropanın kritik əhəmiyyət daşıyan pilotsuz uçuş aparatlarının komponentləri üzrə hələ də Çin tədarük zəncirindən asılı olduğunu bir daha nümayiş etdirir.
Rauf
























