May ayında Aİ–Ermənistan sammitinin keçirilməsi gözlənilir. Tədbirin yaxın vaxtlarda rəsmi elan ediləcəyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, sammiti Avropa liderlərinin baş nazir Nikol Paşinyanın yenidən seçilməsinə dəstək istəyi ilə əlaqələndirirlər.
Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixinə təyin olunub. 107 üzvdən ibarət birpalatalı parlament beş illik müddətə seçilir. Hazırda Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə çoxluğa malikdir.
Bundan əvvəl Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas 2026-cı il seçkiləri zamanı Ermənistana dəstək imkanlarının müzakirə olunacağını bildirmişdi.
Rauf
























