ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra İranla bağlı yekun razılaşmanın əldə olunmadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, sosial media paylaşımında görüşü “çox yaxşı” adlandıraraq qeyd edib ki, yalnız İranla danışıqların davam etdirilməsi məsələsində israr edib və razılaşmanın mümkün olub-olmayacağını zamanın göstərəcəyini vurğulayıb. Tramp əlavə edib ki, razılaşma əldə olunarsa, bu, Netanyahu üçün üstünlük olacaq, əks halda nəticələri görmək lazım gələcək.
Trampın yenidən vəzifəyə başlamasından sonra Netanyahu ilə keçirdiyi yeddinci görüş tamamilə qapalı qapılar arxasında baş tutub və təxminən üç saat davam edib.
Jalə
























