image-5913669401498554473backend

Ağ Ev Britaniyanın müdafiə xərcləri ilə bağlı öhdəliyindən narahatdır

ABŞ administrasiyası Böyük Britaniyanın müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaqla bağlı verdiyi vədi yerinə yetirməyə biləcəyindən narahatdır.

İNFOAZ.MEDİA xəbər verir ki, “The Telegraph”-ın məlumatına görə, Ağ Evdə bəzi Avropa müttəfiqlərinin Prezident Donald Trampı razı salmaq məqsədilə real icra planı olmadan öhdəliklər götürdüyü barədə narahatlıq var. Rəsmilər bunu “saxta vəd” kimi qiymətləndirib.

Məlumat fonunda Endi Börnhemin Böyük Britaniyanın baş naziri postunda Kir Starmeri əvəzləməyə hazırlaşdığı bildirilir.

Börnhem müdafiə xərclərinin artırılmasını dəstəklədiyini göstərsə də, hökumətin yaxın vaxtlarda açıqlanacaq müdafiə strategiyasında ÜDM-in 3 faizi hədəfinə çatmaq üçün konkret tarix müəyyən edilməsinin təxirə salınacağı gözlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki