Kanadanın Baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb. Onun sözlərinə görə, söhbət zamanı Kanada ilə ABŞ arasında müxtəlif məsələlərlə yanaşı, Ontario əyaləti ilə Miçiqan ştatını birləşdirən körpü layihəsi də müzakirə olunub.
İNFOAZ.MEDİA xəbər verir ki, Kanada bu layihəyə 4 milyard dollardan çox sərmayə qoyub və körpünün mülkiyyət hüquqları Kanada hökuməti ilə Miçiqan ştatı arasında bölüşdürülüb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl körpünün hüquqlarının bir hissəsi Vaşinqtona verilməyəcəyi təqdirdə, Vindzor–Detroyt körpüsündə nəqliyyatın açılmasına icazə verilməyəcəyini bildirib və Kanadanın Çinlə əməkdaşlıq planlarını tənqid edib.
Rauf
























