hakan fidanbackend

ABŞ uranın zənginləşdirilməsi məsələsində İranla güzəştə hazırdır – Fidan

ABŞ uranın zənginləşdirilməsi məsələsində İranla güzəştə getməyə hazırdır, çünki sərt mövqe regionda müharibəyə səbəb ola bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Vaşinqton İranın uran zənginləşdirməsini dayandırmaq tələbində çeviklik göstərməyə hazırdır.

İNFOAZ.MEDİA xəbər verir ki, Fidan əlavə edib ki, bütün məsələləri eyni vaxtda həll etməyə çalışmaq, raket proqramının dayandırılması və maksimalist tələblər nüvə proqramının həllini gecikdirə və regionda münaqişəyə yol aça bilər.

Fevralın 11-də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-ın Tehrana qarşı hərbi seçimdən imtina etdiyini və İsrailin danışıqlara mane olduğunu açıqlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki