ABŞ-da demokrat senatorlar Pentaqona fevralın 28-də İranın Minab şəhərində qızlar məktəbinə endirilən zərbə ilə bağlı aparılan istintaqın nəticələrinin ictimaiyyətə açıqlanması üçün təzyiq göstərirlər.
İNFOAZ.MEDİA xəbər verir ki, hücum nəticəsində 175-dən çox şagird və müəllim həlak olub.
İlkin ABŞ araşdırması zərbəyə köhnəlmiş kəşfiyyat məlumatlarının səbəb olduğunu və hücuma görə məsuliyyətin böyük ehtimalla ABŞ qüvvələrinin üzərinə düşdüyünü göstərib.
Pentaqon isə istintaqın hələ də davam etdiyini bildirir. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun hücumda iştirak etdiyini təkzib edir.
Jalə
























