ABŞ Senatında demokratlar 50-46 səs nisbəti ilə illik müdafiə büdcəsi haqqında qanun layihəsinin müzakirəsinin başlanmasının qarşısını alıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, Demokratlar bildiriblər ki, Prezident Donald Trampın İranla müharibəni genişləndirdiyi bir vaxtda Konqresin 1,15 trilyon dollarlıq hərbi büdcəni irəli aparması doğru deyil.
Bundan əlavə, onlar qanun layihəsində ABŞ ilə İsrail arasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutan müddəalara da etiraz ediblər. Bu müddəalara kəşfiyyat məlumatlarının genişləndirilmiş mübadiləsi, müdafiə texnologiyaları sahəsində əməkdaşlığın artırılması və iki ölkənin silahlı qüvvələri arasında inteqrasiyanın gücləndirilməsi daxildir.
Rauf
























