Mayk Hakabibackend

ABŞ-ın İsraildəki səfiri: “İsrail ABŞ-ın 436-cı konqres dairəsidir”

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsraildə yaşayan Amerika vətəndaşlarının sayına diqqət çəkərək simvolik açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Hakabi bildirib ki, ABŞ-da orta hesabla bir konqres dairəsini təxminən 700 min nəfər təmsil edir və İsraildə yaşayan amerikalıların sayı da bu göstəriciyə yaxındır.

“Bilməyənlər üçün deyim ki, 700 min amerikalı ABŞ-da bütöv bir konqres dairəsini təmsil edir. Konqres dairəsində təxminən bu qədər insan yaşayır”, — deyə səfir bildirib.

O əlavə edib ki, ABŞ Konqresinin üzvləri İsrailə səfər etdikdə zarafatla onları belə qarşılayır:

“İsrailə xoş gəlmisiniz — ABŞ-ın 436-cı konqres dairəsinə.”

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki