ABŞ Hərbi Hava Qüvvələrinin aktiv xidmət edən mayoru Ceyson Uotson Vaşinqtonda yerləşən ABŞ Konqresinin (Kapitolinin) qarşısında çıxış etdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İNFOAZ.MEDİA xəbər verir ki,, 17 illik xidmət stajına malik logistika zabiti olan mayor hərbi formada etdiyi çıxışda Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin impiçment olunmasını, məhkum edilməsini və vəzifədən uzaqlaşdırılmasını tələb edib.
Çıxışı zamanı Uotson bildirib: “Mənim kim olmağım önəmli deyil. Mən sadəcə sıradan biriyəm. Əhəmiyyətli olan demək istədiklərim və bunları söyləmək üçün ödəməyə hazır olduğum qiymətdir.”
Rauf
























