Küveytdə İranın pilotsuz uçuş aparatının hücumundan sağ çıxan altı ABŞ əsgəri ordunun rəhbərliyini təhlükəsizliklə bağlı xəbərdarlıqlara məhəl qoymamaqda ittiham edib.
İNFOAZ.MEDİA xəbər verir ki, The Washington Post nəşrinin məlumatına görə, hərbçilər baza rəhbərliyinin obyektin İran tərəfindən hədəf alınma ehtimalı ilə bağlı dəfələrlə edilən xəbərdarlıqları nəzərə almadığını bildirirlər. Onların sözlərinə görə, şəxsi heyət kifayət qədər dron əleyhinə müdafiə vasitələri olmayan təhlükəli əraziyə yerləşdirilib.
Sağ qalan əsgərlər həmçinin iddia edirlər ki, hücumdan sonra yüksək rütbəli komandirlər əsgərlərə kömək etmək əvəzinə binanı tərk edib, yaralıların tibbi təxliyəsi isə lazımi şəkildə təşkil olunmayıb.
Məlumata əsasən, hücum nəticəsində altı ABŞ hərbçisi həlak olub, 30-dan çox əsgər yaralanıb.
Hadisə ilə bağlı aparılan daxili araşdırmada konkret məsul şəxslər müəyyən edilməyib və heç kimə qarşı intizam tədbiri tövsiyə olunmayıb. Bu isə sağ qalan hərbçilər arasında narazılıq yaradıb və oxşar səhvlərin gələcəkdə də təkrarlana biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Rauf
























