image-usa_policebackend

ABŞ-da silahlı insident: Ölənlər var

ABŞ-ın Miçiqan ştatının Dirborn şəhərində yerləşən ticarət mərkəzlərinin birində baş vermiş silahlı insident nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.

Bu barədə “ABC Nyus” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ölən şəxslər təxminən 20 yaş civarındadır.

Bildirilib ki, münaqişə iştirakçıları bir-birini əvvəlcədən tanıyırmışlar. Onların arasında yaranan fikir ayrılığı sonradan əlbəyaxa davaya, daha sonra isə atışmaya çevrilib.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki