ABŞ-nin endirdiyi zərbələr nəticəsində İranın cənubundakı Çabahar limanında yerləşən mülki dəniz hərəkətinə nəzarət qülləsi vurulub.
İNFOAZ.MEDİA xəbər verir ki, Çabahar İran üçün strateji əhəmiyyət daşıyan yeganə dərin su limanıdır və Hörmüz boğazından kənarda yerləşdiyi üçün ölkəyə Hind okeanına birbaşa çıxış imkanı verir.
Bundan əlavə, liman Hindistanın dəstəklədiyi Çabahar nəqliyyat dəhlizinin əsas mərkəzi hesab olunur. Bu marşrut İranı Əfqanıstan və Mərkəzi Asiya ilə Pakistan ərazisindən keçmədən birləşdirir.
Rauf
























