Suriyanın hüquq-mühafizə orqanları həmin hadisədə iştirakda ittiham olunan keçmiş kəşfiyyat zabiti Amcad Yusifi həbs edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, 2013-cü ildə Tadamon bölgəsində azı 41 mülki şəxsin öldürüldüyü qətliamı törətməkdə şübhəli bilinir.
Rəsmi məlumatlara görə, Amcad Yusifin saxlanılması uzun müddətdir davam edən araşdırmaların nəticəsi olub. Hadisə Suriyada vətəndaş müharibəsinin ən qanlı epizodlarından biri kimi yadda qalıb.
Rauf
























