image-general-view-uefa-nations-league-1058142897backend

2026/27 UEFA Millətlər Liqasının qrupları müəyyənləşdi

2026/27 UEFA Millətlər Liqasının qruplarının püşkatma mərasimi fevralın 12-də İsveçrənin Nyon şəhərində keçirilib.

İNFOAZ.MEDİA püşkatmanı təqdim edir:

A Liqası

1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə

2-ci qrup: Almaniya, Hollandiya, Serbiya, Yunanıstan

3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya

4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels

B Liqası

1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya

2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya

3-cü qrup: İsrail, Avstriya, İrlandiya, Kosovo

4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Rumıniya, İsveç

C Liqası

1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San Marino

2-ci qrup: Monteneqro, Ermənistan, Kipr / Cəbəllütariq / Latviya

3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova

4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya / Malta / Lüksemburq

D Liqası

1-ci qrup: Andorra (digər komandalar pley-off oyunlarından sonra müəyyənləşəcək)

2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn

Beləliklə, Azərbaycan millisi D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki