image-bogulma-1-768x403-1backend

16 yaşlı Asimanın da meyiti tapıldı

Avqustun 6-sı dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb.

Bununla bağlı Fövqəladə Halar Nazirliyi (FHN) məlumat yayıb.

“6 avqustda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki