image-zelenski-yenibackend

Zelenski: Ukrayna dronları Rusiyada dörd neft obyektini vurub

ZUkrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gecə saatlarında həyata keçirilən əməliyyat zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) qüvvələri Rusiyanın Stavropol və Tver vilayətlərində, cəbhə xəttindən təxminən 500 kilometr aralıda yerləşən iki neft bazasını vurub.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri həmçinin cəbhədən 800 kilometr məsafədə yerləşən ehtiyat yanacaq saxlama anbarına zərbə endirib.

Bundan əlavə, Rusiyanın Ufa şəhərində, Ukrayna sərhədindən təxminən 1 500 kilometr uzaqlıqda yerləşən neft nasos stansiyasının, eləcə də Rostov vilayətində cəbhədən təxminən 200 kilometr məsafədə yerləşən neft terminalının hədəfə alındığı bildirilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki