Yaponiyanın İbaraki prefekturasında qanunsuz şəkildə əcnəbi işçi çalışdıran işəgötürənlərin aşkarlanmasına kömək edən məlumatlara görə 10 min yen mükafat veriləcək. Bu barədə Nikkei Asia məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, mükafat qanunsuz işəgötürənlərin saxlanılmasına səbəb olan məlumatları təqdim edən şəxslərə ödəniləcək.
İbaraki prefekturası Yaponiyada icazəsiz çalışan əcnəbi işçilərin sayının ən yüksək olduğu bölgə hesab edilir. Bunun əsas səbəbi kənd təsərrüfatı sektorunda işçi qüvvəsinə yüksək tələbat və təsərrüfatların əsasən İndoneziya və Vyetnam kimi ölkələrdən gələn işçilərə arxalanmasıdır.
Prefektura rəhbərliyi bildirib ki, yeni tədbir qanuni əsaslarla çalışan əcnəbi işçiləri deyil, əmək qanunvericiliyini pozaraq onları qanunsuz şəkildə işə götürən işəgötürənləri hədəf alır.
Rauf
























