image-img_8319backend

Yair Netanyahu soyadını dəyişdi: Netanyahu ailəsinin ad dəyişikliyi ənənəsi davam edir

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu hüquqi adını Yonatan Hon olaraq dəyişib. Bu barədə Haaretz qəzeti məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu ailəsində soyad dəyişikliyi yeni hal deyil. Yair Netanyahunun babası, tarixçi Benzion Netanyahu da ailənin əvvəlki soyadı olan Mileikowsky-ni 1920-ci illərdə Britaniya mandatı altındakı Fələstinə köçdükdən sonra Netanyahu ilə əvəz etmişdi.

Yair Netanyahunun ad dəyişikliyi rəsmi sənədlərdə əksini tapıb. Məlumatda yeni soyadın ailənin ana tərəfi ilə əlaqəli olduğu da qeyd edilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki