image-images-33backend

Almaniya ilk F-35A qırıcısını ABŞ-dan təhvil alıb

Almaniya hərbi modernləşdirmə proqramı çərçivəsində ABŞ-ın “Lockheed Martin” şirkətindən ilk F-35A qırıcısını təhvil alıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Müdafiə naziri Boris Pistorius F-35A-nı yüksək qiymətləndirərək bildirib ki, bu təyyarə NATO-nun nüvə paylaşımı çərçivəsində ABŞ-a məxsus nüvə silahlarını daşıya bilən yeganə qırıcıdır.

Bloomberg-in məlumatına görə, F-35A-ların alınması Berlinin ordunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı proqramın bir hissəsidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki