Nobel Fondunun qərarına əsasən, 2026-cı ildə Nobel mükafatının məbləği artırılacaq.
KONKRET.az xəbər verir ki, fondun yaydığı açıqlamada hər bir kateqoriya üzrə mükafatın məbləğinin 12 milyon İsveç kronuna (təxminən 1,22 milyon dollar) çatdırılacağı bildirilib.
Qeyd olunub ki, yeni məbləğ əvvəlki göstəricidən 1 milyon kron (təxminən 101 min dollar) çoxdur.
Məlumata görə, ilk Nobel mükafatlarının təqdim edildiyi 1901-ci ildə hər kateqoriya üzrə mükafatın məbləği 150 782 kron təşkil edib.
Son 15 il ərzində Nobel mükafatının məbləği bir neçə dəfə dəyişdirilib. 2012-ci ildə mükafat 10 milyon kronadan 8 milyon krona endirilib. Bundan sonra mükafat məbləği üç dəfə artırılıb.
2026-cı il üzrə Nobel mükafatlarının laureatlarının adları oktyabrın 5-dən 12-dək açıqlanacaq.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























