Pakistanda Yaxın Şərqdə artan gərginlik fonunda yanacağa qənaət etmək məqsədilə qənaət tədbirləri yenidən tətbiq edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Qərara əsasən, bazarlar, mağazalar və ticarət mərkəzləri saat 21:00-da bağlanmalıdır. Restoranların fəaliyyətinə isə saat 23:00-dək icazə veriləcək.
Hökumət üç ay müddətində xidməti avtomobillər üçün yanacaq limitlərini 50 faiz azaldacaq, əməkhaqqı xərcləri istisna olmaqla digər xərcləri 5 faiz ixtisar edəcək.
Bundan əlavə, avtomobil və uzunmüddətli istifadə olunan malların dövlət tərəfindən satın alınması dayandırılacaq, rəsmi xarici səfərlər isə məhdudlaşdırılacaq.
Jalə
























