image-alice-weidel-128backend

Putinlə bağlı nümayəndə və Almaniyanın AfD liderləri Rusiya qazının bərpasını müzakirə etməyə hazırlaşır

Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi Kirill Dmitriyev və Almaniyanın AfD partiyasının rəhbərlərinin Rusiyadan Almaniyaya qaz tədarükünün bərpası ilə bağlı danışıqlara hazırlaşdığı bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in məlumatına görə, tərəflər “Şimal axını” (Nord Stream) qaz kəmərlərinin mümkün yenidən açılmasını da müzakirə edə bilərlər. Görüşün Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh çərçivəsi əldə olunacağı təqdirdə 2027-ci ildə keçirilməsi mümkündür.

Danışıqlarda AfD-nin həmsədrləri Alisa Vaydel və Tino Xrupalla da iştirak edə bilər. Partiya enerji xərclərini azaltmaq məqsədilə Rusiya nefti və qazına tətbiq olunan boykotun dayandırılmasını müdafiə edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki