Rusiya Ədliyyə Nazirliyi sentyabrın 18-də tanınmış rejissor Andrey Zvyagintsevi “xarici agentlər” reyestrinə daxil edib.
Bu barədə Rusiya Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazirliyin açıqlamasına görə, Zvyagintsev xarici agentlərin hazırladığı materialların yaradılmasında iştirak edib və Rusiya hakimiyyətinin qərarları və siyasəti ilə bağlı, nazirliyin iddiasına əsasən, yanlış məlumatlar yayıb. Həmçinin rejissorun Rusiyadan kənarda yaşadığı qeyd olunub.
Andrey Zvyagintsev “Qayıdış” (“Возвращение”), “Leviafan” və “Sevgisizlik” (“Нелюбовь”) filmlərinin rejissorudur. Onun ekran əsərləri beynəlxalq kino festivallarında və mükafatlandırma mərasimlərində müxtəlif mükafatlara layiq görülüb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























