image-img_8323backend

Türkiyə S-400 sistemlərini üçüncü ölkəyə ötürmək üçün Rusiyanın razılığını istəyib

Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini üçüncü ölkəyə ötürmək üçün Moskvanın razılığını istəyib. Bu barədə Bloomberg məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Ankara bu müraciəti son həftələrdə edib. Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın S-400 sistemlərinin Rusiyaya geri qaytarılması ilə bağlı təklifi nəticə vermədikdən sonra Türkiyə alternativ variant kimi sistemlərin üçüncü ölkəyə transferini gündəmə gətirib.

Tərəflər məsələ ilə bağlı danışıqları davam etdirirlər. Hələlik nə Ankara, nə də Moskva bu xəbərlə bağlı rəsmi açıqlama verməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki