trampbackend

Tramp: Xarq adasına zərbə endirdik, onu nəzarətimizə götürə bilərik

ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin davam etdiyi bir vaxtda Xarq adası ilə bağlı yeni açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, ABŞ qüvvələri ötən gecə İranın Xarq adasına zərbə endirib. O, həmçinin adanın gələcəkdə ABŞ-ın nəzarətinə keçə biləcəyini iddia edib.

“Biz ötən gecə Xarq adasına zərbə endirdik. Xarq adasını nəzarətimizə götürə bilərik. Onların bunun qarşısını almaq üçün edə biləcəyi heç nə yoxdur,” – deyə Tramp bildirib.

Xarq adası İranın əsas neft ixrac mərkəzlərindən biri hesab olunur və ölkənin xam neft ixracının böyük hissəsi buradan həyata keçirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki