ABŞ Prezidenti Donald Trump Türkiyəyə yola düşməyə hazırlaşarkən, dövlət katibi Marco Rubio və müdafiə naziri Pete Hegseth Ağ Evdəki Oval kabinetdə ona İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiyi, nəticədə üç gəminin zərər gördüyü barədə məlumat veriblər.
İNFOAZ.MEDİA xəbər verir ki,, Tramp Tehranın yekun razılaşmaya nail olmaq niyyətində olub-olmadığını soruşub. Milli təhlükəsizlik üzrə yüksək səviyyəli müşavirləri ilə məsləhətləşmədən sonra isə İranın artıq razılaşmaya sadiq olmadığı qənaətinə gəlib.
The Wall Street Journal yazır ki, həmin görüş dönüş nöqtəsi olub. Bundan sonra Tramp atəşkəs çərçivəsindən imtina edərək İrana qarşı yeni hərbi zərbələrin endirilməsinə və iqtisadi təzyiqlərin yenidən gücləndirilməsinə icazə verib.
Jalə
























