ABŞ Prezidenti Donald Trump Hindistan və Pakistan arasında baş vermiş hərbi qarşıdurma ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, müharibə artıq bir həftədir davam edirdi, 11 təyyarə vurulmuşdu və vəziyyət nüvə münaqişəsinə çevrilmək üzrə idi.
Onun sözlərinə görə, Pakistanın Baş naziri ABŞ prezidentinin müdaxiləsinin 30–50 milyon insanın həyatını xilas etdiyini deyib.
“Amma bilin ki, bu rəqəm bundan da xeyli çox ola bilərdi,” – deyə Tramp əlavə edib.
Rauf
























