Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında Cenevrədə keçirilmiş son görüşlərdən sonra bir sıra regional məsələlər müzakirə olunub. Söhbətin əsas mövzularını Rusiya-Ukrayna müharibəsi və İranla bağlı vəziyyət təşkil edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Starmer danışıq zamanı Vladimir Putinin Ukraynada mülki şəxslərə yönəlmiş hücumlarını kəskin şəkildə pislədiyini bir daha vurğulayıb. Liderlər ədalətli və uzunmüddətli sülhə nail olunması istiqamətində aparılan diplomatik səyləri müsbət qiymətləndiriblər.
EMİN
İNFOAZ.MEDİA
























