Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun müharibənin 1597-ci gününədək verdiyi itkilərə dair yenilənmiş statistikanı açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya indiyədək 1 414 820 hərbçi, 12 107 tank, 24 906 zirehli döyüş maşını, 45 628 artilleriya sistemi, 1 922 reaktiv yaylım atəş sistemi, 1 479 hava hücumundan müdafiə sistemi, 437 hərbi təyyarə, 353 helikopter, 398 763 pilotsuz uçuş aparatı (PUA), 4 887 qanadlı raket, 117 910 avtomobil və digər hərbi texnika, 1 857 yerüstü robot texnika kompleksi, 33 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 402 xüsusi texnika itirib. Ukrayna tərəfinin açıqladığı rəqəmləri müstəqil mənbələr təsdiqləməyib.
Rauf
























