image-2023-08-04t123702z_408029614_rc2zg2amvnw6_rtrmadp_3_india-politics-gandhi-1691386958backend

Rahul Qandi: Etiraz edən tələbələr cinayətkar deyillər

Hindistan müxalifətinin lideri Rahul Qandi təhlükəsizlik qüvvələrinin etirazçı tələbələrə qarşı davranışını sərt tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Qandi bildirib ki, minlərlə tələbənin döyülməsi və alçaldılması üçün heç bir əsas yoxdur.

“Bu tələbələr nə ediblər ki, təhlükəsizlik qüvvələri onları döyür, alçaldır? Onlar yalnız dinc şəkildə etiraz edir, tələblərini irəli sürür və bu ölkənin onlara borclu olduğu hüquqları tələb edirlər”, – deyə o vurğulayıb.

Müxalifət lideri əlavə edib ki, etiraz edən tələbələr cinayətkar deyil və onların dinc aksiyalar keçirmək hüququna hörmət edilməlidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki