Çexiya Polis Departamentinin məlumatına görə, Praqada bir qadın silah amnistiyasından istifadə edərək polis bölməsinə tank əleyhinə mərmi gətirib. Mərmi qadının oğlunun evində tapılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə zamanı polis əməkdaşları təhlükəsizlik məqsədilə bomba zərərsizləşdirmə qrupunu çağırıb və bina boşaldılıb. Mütəxəssislər mərminin zərərsiz olduğunu və təhlükə yaratmadığını bildiriblər.
Mütəxəssislər bildirir ki, əsas risk partlayıcıların daşınması zamanı yaranır.
Rauf

























