İspaniyanın Baş naziri Pedro Sançez ölkədə immiqrasiyanın iqtisadi əhəmiyyətinə dair açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Sançez bildirib ki, immiqrasiya axını olmadığı təqdirdə, İspaniyanın ümumi daxili məhsulu 2050-ci ilə qədər 19 faiz, 2075-ci ilə qədər isə 22 faiz azala bilər.
Onun sözlərinə görə, bu ssenari baş verərsə, ölkə üzrə təxminən 90 min bar fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər.
Baş nazir əlavə edib ki, bəzi siyasi qüvvələr miqrasiya məsələsindən siyasi məqsədlərlə istifadə etdiyi halda, hökumət bu sahədə konkret siyasət formalaşdırmağa və uzunmüddətli həllər üzərində işləməyə çalışır.
Jalə
























