image-glb19_day2_09_30_nato-at-80-alliance-navigating-disrupted-partnership_tp_small-13backend

NATO: Türkiyə 650 milyon dollardan çox dəyərində yeni kosmik və müdafiə layihələrinə başlayır

NATO Baş katibinin müavini Radmila Şekerinska bildirib ki, Türkiyə kosmik və müdafiə sənayesi sahəsində ümumi dəyəri 650 milyon ABŞ dollarından çox olan yeni layihələrə start verir.

İNFOAZ.MEDİA xəbər verir ki, Şekerinskanın sözlərinə görə, IMECE Yer müşahidə peykinin uğurundan sonra Türkiyə daha iki yüksək dəqiqlikli müşahidə peykinin hazırlanmasını planlaşdırır.

O qeyd edib ki, bu peyklər Türkiyədə TÜBİTAK Kosmik Texnologiyalar İnstitutu tərəfindən hazırlanacaq və layihənin dəyəri 300 milyon ABŞ dollarından çoxdur.

NATO rəsmisi əlavə edib ki, Türkiyə həmçinin ASELSAN ilə aşağı Yer orbiti peyklərinin, hərbi rabitə sistemlərinin hazırlanması, eləcə də “Polad Qübbə” (Steel Dome) Milli İnteqrə edilmiş Hava Hücumundan Müdafiə Arxitekturası çərçivəsində erkən xəbərdarlıq radar sistemlərinin hazırlanması və tədarükü üzrə müqavilələr imzalayıb.

Onun sözlərinə görə, bu müqavilələrin ümumi dəyəri 350 milyon ABŞ dollarından çoxdur və onlar Türkiyənin döyüş meydanında rabitə imkanlarını, həmçinin aşkarlama və erkən xəbərdarlıq qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki