Fələstin Prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyətə çağırış edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Abbas bildirib ki, Fələstin xalqının qorunması, öz torpaqlarında qalmasının təmin edilməsi, İsrail işğalına son qoyulması və beynəlxalq legitimliyə əsaslanan iki dövlətli həllin həyata keçirilməsi üçün addımlar atılmalıdır.
O qeyd edib ki, iki dövlətli həll hər kəs üçün sülhü təmin edə bilər.
Abbas İsraildəki ekstremizmin “Böyük İsrail” adlandırılan layihənin genişləndirilməsinə və Fələstin varlığının tamamilə aradan qaldırılmasına yönəldiyini iddia edib.
Jalə
























