melonibackend

Meloni xarici dilləri necə öyrəndiyini açıqlayıb: “Maykl Ceksona görə ingiliscəmi inkişaf etdirdim”

İtaliyanın Baş naziri Ciorcia Meloni xarici dilləri necə öyrəndiyi ilə bağlı maraqlı açıqlamalar verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Meloni bildirib ki, ingilis dilini inkişaf etdirməsində məşhur müğənni Maykl Ceksona olan marağı mühüm rol oynayıb.

“İngilis dilimi Maykl Ceksonun fanatı olduğum üçün inkişaf etdirdim — mahnı sözlərinin nə demək istədiyini anlamaq istəyirdim”, — deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, fransız dilinə daha çox maraq göstərməsinin səbəbi dekadent şairlərə olan xüsusi marağı olub.

Meloni həmçinin ispan dilini uşaqlıq illərində öyrəndiyini bildirib. Onun sözlərinə görə, atası Kanar adalarında yaşadığı üçün həmin dövrdə ispan dilində ünsiyyət qurmağa məcbur olub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki