Melonibackend

Meloni: “Nə bu gün antiamerikanam, nə də dünən Trampa boyun əymişəm”

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ və Prezident Donald Trampla münasibətlərə dair açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Meloni bildirib ki, onun mövqeyi nə antiamerikan yanaşma, nə də ABŞ rəhbərliyi qarşısında güzəşt kimi qiymətləndirilməlidir.

“Mən bu gün antiamerikan deyiləm və dünən də Trampa boyun əyməmişəm”, — deyə İtaliya hökumət başçısı bildirib.

O əlavə edib ki, qarşılıqlı münasibətlərdə hörmət prinsipinə önəm verir.

“Heç kimin mənə hörmətsizlik etməsinə icazə vermirəm, eyni zamanda mən də heç kimə hörmətsizlik etmirəm”, — deyə Meloni vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki