İngiltərənin Baş naziri Kir Starmer Çin Baş naziri Li Çianqın dəvəti ilə rəsmi səfər çərçivəsində Pekinə gəlib. backend

İngiltərənin Baş naziri ÇİNƏ GETDİ

İngiltərənin Baş naziri Kir Starmer Çin Baş naziri Li Çianqın dəvəti ilə rəsmi səfər çərçivəsində Pekinə gəlib. 

İNFOAZ.MEDİA xəbər verir ki, 28–31 yanvar tarixlərini əhatə edən bu səfər son 8 ildə Böyük Britaniya Baş nazirinin Çinə ilk rəsmi səfəridir. Dörd gün davam edəcək səfər zamanı Starmerin Pekin və Şanxayda görüşlər keçirməsi, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən qəbul olunması və Baş nazir Li Çianq ilə danışıqlar aparması gözlənilir.

Starmer Çin səfərindən sonra Yaponiyanın paytaxtı Tokioya gedərək Baş nazir Sanae Takaiçi ilə görüşəcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki