image-5947260508224294825backend

Hollandiya kəşfiyyatı: Rusiya hakerləri NATO marşrutları yaxınlığındakı təhlükəsizlik kameralarını sındırıb

Hollandiya kəşfiyyatının məlumatına görə, Rusiya hakerləri Ukraynaya silah daşınmasını izləmək məqsədilə NATO-nun hərbi marşrutları yaxınlığında yerləşən internetə qoşulan təhlükəsizlik kameralarını, o cümlədən qapı zəngi kameralarını sındırıblar.

İNFOAZ.MEDİA xəbər verir ki, Bildirilib ki, hakerlər bu kameralar vasitəsilə silah tədarükü ilə bağlı hərəkətləri müşahidə etməyə çalışıblar.

Məlumata əsasən, bir çox təhlükəsizlik kamerası zəif parollar və köhnəlmiş proqram təminatı səbəbindən asanlıqla ələ keçirilə bilib.

Hadisədən sonra aidiyyəti qurumlara təhlükəsizlik tədbirlərini gücləndirmək, cihazların proqram təminatını yeniləmək və daha etibarlı parollardan istifadə etmək tövsiyə olunub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki