Hindistanın Baş naziri Narendra Modi həmkarı Sanae Takaiçi ilə keçirdiyi görüşdən sonra iki ölkənin müdafiə sahəsində ilk birgə inkişaf layihəsi barədə razılığa gəldiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Modinin sözlərinə görə, söhbət UNICORN adlı hərbi-dəniz radio antenası layihəsindən gedir. O bildirib ki, bu layihə Hindistan və Yaponiya arasında müdafiə texnologiyaları sahəsində əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olacaq.
Baş nazir vurğulayıb ki, tərəflər bundan sonra regional sülhün, dəniz təhlükəsizliyinin və qaydalara əsaslanan beynəlxalq nizamın möhkəmləndirilməsinə töhfə verəcək müdafiə texnologiyalarını birgə inkişaf etdirəcəklər.
Rauf
























